• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sevda Yahyayeva konsertinə gəlməyənlərdən danışdı

  • Magazin1
  • 14 Sentyabr 2015 16:45
  • 603 Baxış
Sevda Yahyayeva konsertinə gəlməyənlərdən danışdı

Müğənni Sevda Yahyayeva konsertinə gəlməyənləri bağışlamayacaq.

Publika.az xəbər verir ki, ATV-yə müsahibə verən müğənni ötən ay keçirilən konsertinə dəvət etdiyi həmkarlarından gileylənib:

“Konsertimə gəlməyən şəxslərin adını belə çəkmək istəmirəm. Həyatda mənə bir addım atana, 10 addım atıram. İnsan uman yerdən küsər. Əgər onları özümə yaxın bilməsəydim, konsertimə gəlməmələri mənə təsir etməzdi. Hər halda oldu və bitdi. Mən də bundan sonra onlarla danışmamaq qərarına gəldim. Onlar məni istəmirlərsə, mən onları dünəndən istəmirəm. Saydım, dəvət etdim, gəlmədilərsə, gəlməsinlər. Əsas odur ki, ürəyim istəyən şəxslər yanımda idi. Hansı ki, həmin insanlar daima konsertlərimdə, layihələrimdə yanımda olublar. Bax mən buna dostluq deyirəm”.

Qeyd edək ki, Sevda Yahyayeva həmin müğənnilərin adını açıqlamasa da, Zamiq Hüseynov, Günay İbrahimli, Aysel Əlizadənin həmin siyahıda olduqları ehtimal edilir.

İsa

Xəbər lenti

DAHA ÇOX XƏBƏR