Stilist Anarı bıçaqladılar - FOTOLAR
Bizi izləyin

Magazin1

Stilist Anarı bıçaqladılar - FOTOLAR

“Chanel Anar” kimi tanınan məşhur stilist Anar Məmmədov bıçaqlanıb. Hadisə həftəsonu məşhur erməni kilsəsinin qarşısında baş verib.

Publika.az-a açıqlamasında faktı təsdiqləyən stilist bir klubda başlayan davanın erməni kilsəsinin qarşısında onun bıçaqlanması ilə bitdiyini söyləyib: “Şənbə günü gecə istirahət üçün kluba getmişdim. Biz klubda olan ərəfədə klipmeyker Zöhrab Ağayevin (Zorik kimi tanınır) dalaşdığının şahidi olduq. Birdən gördük ki, onlar Zöhraba təpik vurdular. Təpiyin zərbəsindən Zöhrab bizim masaya yıxıldı. Masa aşdı, telefonlarımız yerə düşdü. Bu vaxt bir nəfər telefonumu götürüb qaçdı. Mən görməmişdim. Orada olanlardan biri söylədi. Biz də həmin naməlum şəxsin dalınca qaçdıq ki, onu tutaq. Nəhayət, köhnə erməni kilsəsinin yanında, “Fisincan” kafesinin qarşısında onu tuta bildik. Aramızda əlbəyaxa dava düşdü. Dava əsnasında mənə bir neçə bıçaq zərbəsi endirdi. Qolumdan yaralandım”.

Stilist faktla bağlı polisə müraciət etdiyini, ancaq araşdırmanın gedişindən narazı qaldığını da vurğulayıb:

“Hadisə baş verən vaxt 102 xidmətini yığmadım. Birbaşa polis idarəsinə getdim. Müraciət etdim. İndi onlardan xəbər gözləyirəm. Amma onların vecinə deyil”.

Hadisədən sonra Anar tibbi yardım alıb: "3 tikiş qoyublar. Qan getmirdi. Sentyabrın 18-də tikişlər açılacaq. Deyəsən, şah damarıma toxunulub. Çünki 2 barmağım işləmir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm