Doğum gününü qeyd edən Brilliant Dadaşova: “İştaham böyükdür” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Doğum gününü qeyd edən Brilliant Dadaşova: “İştaham böyükdür” - MÜSAHİBƏ

Bu gün xalq artisti Brilliant Dadaşovanın özəl günüdür. O, doğum gününü qeyd edir. Necə?

Publika.az xalq artisti ilə əlaqə saxlayaraq bununla maraqlanıb. Onun doğum günü müsahibəsini təqdim edirik:

- Brilliant xanım, özəl gününüzü necə qeyd edəcəksiniz?

- Təmtəraqlı olmayacaq. Doğum günümü adi günlərimdən fərqləndirməyi xoşlamıram. Həmişə necə qeyd edirdimsə, bu il də elə qeyd edəcəm. 15 sentyabrı adi günlərdən biri kimi yaşayacam.

- Təmtəraqlı qeyd etməsəniz də, hər halda, sevənlərinizdən təbrik alırsınız.

- İlk təbrik edən oğlum Cahad oldu. Gözümü açanda gördüm ki, mənim üçün "Happy Birthday" mahnısı oxuyur. Bu da məni çox xoşbəxt etdi. Ana üçün bundan gözəl nə ola bilər?!

- Bəs həyat yoldaşınızdan nə gözləyirsiniz?

- Mən çox şey gözləyirəm. İştaham yaxşıdır. Yaxşı-yaxşı hədiyyələr istəyirəm (gülür).

- Yoldaşınız hələ təbrik etməyib?

- Yoldaşım hazırda Bakıda deyil. Rus Dram Teatrı ilə Gəncədə səfərdədirlər. Bu gün, yəqin ki, gəlib çıxar.

- Adətən, həyat yoldaşınız sizə nə hədiyyə edir?

- O, mənə, adətən, sentyabr gülü olan xrizantema hədiyyə edir. Ağ gülləri çox sevirəm.

- Sənət yoldaşlarınızdan sizi ilk təbrik edən kim oldu?

- Hələ heç kim. Heç bir sənət yoldaşımdan təbrik almamışam. Rəhmətlik Habil müəllimin oğlu Rəvan Habiloğlu ismarış yollayaraq təbrik edib. Vəssalam. Bundan başqa, hələ heç nə yoxdur (gülür).

- Brilliant xanım, çox gözəlsiniz. Zahirən gənc qızlarla müqayisə oluna bilərsiniz. Maraqlıdır, 56 yaşlı xalq artistimiz ruhən özünü neçə yaşında hiss edir?

- (Bir az susur). Bilmirəm... Fərqli bir şey hiss etmirəm. Hər zaman özümü necə hiss etmişəmsə, indi də elə hiss edirəm...

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm