Magazin1
Elgiz: “İlqar Xəyalın vəziyyəti pisdir, onu qollarında apardılar”
Müğənni İlqar Xəyal bu gün doğum gününü canlı yayımda qeyd edib.
Publika.az xəbər verir ki, ANS telekanalında qonaq olan ifaçı onun üçün hazırlanan sürprizdən sevindiyini də gizlətməyib: “Mənim üçün gözlənilməz oldu. Bilirdim ad günümü burada qeyd edəcəyəm. Amma tort gözləmirdim. Bütün kollektivinizə təşəkkür edirəm. Çox sağ olun”.
Daha sonra isə teleaparıcı Elgiz Əkbər müğənni ilə bağlı gizli bir məqamı danışıb: “Ötən mövsüm İlqar Xəyal canlı yayımda qonağım idi. Adını elan etdim, ancaq səhnəyə çıxmadı. Fikirləşdim ki, bəlkə, texniki problem var. Ona görə çıxmır. Bir də elan etdim. Yenə gəlmədi. Sonra gördüm ki, İlqar Xəyalın vəziyyəti pisdir, onu qollarında aparırlar. Ajiotaj olmasın deyə, efirdən heç nə demədim. Sonra öyrəndim ki, İlqar yüksək təzyiqdən əziyyət çəkir”.
İsa Şükürov
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər