Yaddaşını itirən Ramiz Əzizbəyliyə həkimlərdən SON ÇARƏ
Bizi izləyin

Magazin1

Yaddaşını itirən Ramiz Əzizbəyliyə həkimlərdən SON ÇARƏ

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyişlər olsa da, aktyorun yaddaşı hələ də bərpa olunmayıb.

Bu barədə Publika.az-a onun xanımı Zümrüd Əzizbəyli məlumat verib: "Ramizin nitqi qüsurlu qaldı, yaddaşı da hələ bərpa olunmayıb. Evdə həkim nəzarəti altında müalicəsi davam etdirilir. Həkimlərin dediyinə görə, boyun damarları əməliyyat olunmalıdır, yalnız o halda qan beyinə yaxşı işləyər və Ramizin yaddaşı bərpa oluna bilər. Amma o, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə əməliyyata razılıq vermirik. Çünki bir neçə il bundan əvvəl bağırsaq əməliyyatı olmuşdu, yarası güclə sağaldı. Bu, çox riskli əməliyyatdır”.

Sənətkarın xanımı onu da bildirib ki, xalq artistinin müalicəsi üçün tələb olunan vəsaiti güclə ödəyirlər: “Elə bütün pullarımız müalicəyə və dava-dərmana gedir. Təki sağalıb ayağa qalxsın, işinə gedib-gəlsin”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm