Model Günay Musayeva: “Adımın Tolqa Karellə hallandırılmasını istəmirəm”
Bizi izləyin

Magazin1

Model Günay Musayeva: “Adımın Tolqa Karellə hallandırılmasını istəmirəm”

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın 4 il əvvəl ailə qurduğu türkiyəli aktyor Tolqa Karellə rəsmi nikahı ləğv edilıb. Dünən, sentyabrın 15-də Şilə Ailə Məhkəməsinin qərarı ilə cütlük ayrılıb və ər – Tolqa Karel bu nikahdan dünyaya gələn oğluna görə 500 lirə aliment ödəyəcək.

Publika.az xəbər verir ki, bu barədə model özünün "İnstagram" səhifəsində məlumat yerləşdirib. Bir oğul anası olan Musayeva artıq adının qarşısında Tolqa Karelin adının hallanmasını istəmədiyini vurğulayıb. O, boşanmanı ailənin təməlinin sarsılması ilə izah edib: “Bu gün, nəhayət ki, uzun müddətdir qarşı tərəfin lazımsız iddiaları səbəbindən uzanan məhkəmə prosesi yekunlaşdı. Bu müddət ərzində uşağımın xatirinə xarakterimdən irəli gələn güc və səbir nümayiş etdirdim. Mənim üçün bundan sonra vacib olan, hər zamankı kimi, oğlum Cahangir Candır. İndiyədək bioloji atasının uşaqla maraqlandığı barədə yayılan əsassız xəbərlərə görə, təəssüf ki, bu açıqlamanı vermək məcburiyyətində qaldım. Bundan sonra uşağı ilə maraqlanacağına ümid edirəm. Lakin adımın heç bir şəkildə Tolqa Karellə hallandırılmasını istəmirəm. Bu qərarıma hörmət göstəriləcəyinə ümid edirəm. Sonuncu dəfə bildirmək istəyirəm ki, qarşı tərəfdən yüksək miqdarda təzminat almağımla bağlı yayılan xəbərlər də doğru deyil. Çünki uşağın təhsil və tibbi ehtiyaclarının ödənilməsi üçün qarşı tərəfin ödəməli olduğu alimentin dəyəri 500 lirədir (172 AZN – red.). Dəyərləndirmək ictimaiyyətin ixtiyarındadır. Bu müddət ərzində yanımda olan vəkilim Cəmilə Saçaklıya da təşəkkür edirəm”.

Günaydan sonra keçmiş həyat yoldaşı aktyor Tolqa Karel də mediaya müraciət edib. O da ayrılıqlarının qarşılıqlı razılaşma əsasında reallaşdığını vurğulayaıb: “Bu gündən etibarən münasibətimizi yalnız uşağımız üçün anlayış və sevgi çərçivəsində davam etdirməli olduğumuzu bilirik. Evliliyimiz bizim üçün sona çatsa da, oğlumuz Cahangir Can üçün davam edir. Hamımız üçün çətin olan bu dönəmdə şəxsi həyatımızın məhrəmliyi, evlilik zamanı yaşananlar keçmişdə qaldı. Odur ki, göstərəcəyiniz anlayış və sayğı üçün təşəkkür edirik".

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm