İzzət Bağırzadə: “Bu işə başlayanda bilirdim ki...” - FOTOLAR
Bizi izləyin

Magazin1

İzzət Bağırzadə: “Bu işə başlayanda bilirdim ki...” - FOTOLAR

Tanınmış müğənni İzzət Bağırzadə çətinliyə düşüb.

Publika.az-a açıqlamasında müğənni özü etiraf edib ki, əvvəllər kensert vermək daha asan olub: “Bu işə başlayanda bilirdim ki, çətindir. Məsuliyyət tələb edir. Əvvəllər konsert vermək daha asan idi. İndi insanlar yenilik istəyir, fərqli işıq effektləri, rəqslər görmək istəyir. Bütün bunları hazırlamaq çox çətindir. Tamaşaçı izlədiyi konsertin necə çətinliklə ərsəyə gəldiyini təsəvvür belə edə bilməz. Gərək müğənninin yerində olsun ki, anlasın. Hər işimin üstündə özüm dayanıram. Hər detala, hər incəliyə diqqət yetirirəm. Bunları ona görə edirəm ki, konsertdə kiçik bir səhv də olmasın. Repertuarıma sevilən mahnılarımı salmışam. Aralarında türk mahnıları da var. Odur ki, sentyabrın 18-i möhtəşəm bir konsert tamaşaçıları gözləyir”.

Qeyd edək ki, “Mənim dünyam” adlanan konsertin musiqi rəhbəri Hüseyn Məhəmmədoğludur. İzzət Bağırzadənin konsert öncəsi məşqindən fotoları təqdim edirik.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm