• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Gülnarə Xəlilova məşhur dizaynerin kolleksiyasının modeli oldu - VİDEO/FOTOLAR

  • Magazin1
  • 16 Sentyabr 2015 17:45
  • 438 Baxış
Gülnarə Xəlilova məşhur dizaynerin kolleksiyasının modeli oldu - VİDEO/FOTOLAR

Tanınmış modelyer dizayner Gülnarə Xəlilovanın model qismində podiuma çıxması “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalının ən maraqlı məqamlarından biri olub.

G.Xəlilova məşhur özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) kolleksiyasının dəfiləsində iştirak edib.

Model Publika.az-a açıqlamasında bildirib ki, festivalda, xüsusilə kolleksiyaların təqdimatında bir-birinə kömək edən və hətta dəfilədə iştirak edən dizaynerlər arasında möhtəşəm ab-hava var idi: “Mən məşhur özbək dizayneri Hafiz Xanın dəfiləsi zamanı podiuma çıxdım ki, bu da zaldakı tamaşaçıların gurultulu alqışına səbəb oldu. Hətta Rusiyanın tanınmış dizayneri, bakılı Raf Sərdarov dəfilədən sonra mənə dedi: “Bəli, sən əsl aktrisasan!” Mənə çox xoş idi”.

Urumçi şəhərində (Çin) keçirilmiş festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər.

Xatırladaq ki, G.Xəlilovanın “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiyası nüfuzlu “Master Exibition & Performance Award” mükafatına layiq görülüb.

Qeyd edək ki, G.Xəlilova “Master Exibition & Performance Award” mükafatına iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya – “Emosiyaların partlayışı”, “İlham”, “İlmələrin sehri”nə görə mükafat alıb.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR