Samirə: “Çarəsizəm” - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Samirə: “Çarəsizəm” - FOTOLAR/VİDEO

Yerli şou biznesimizin ən güclü səs sahiblərindən biri müğənni Samirə Allahverdi yenidən kamera qarşısına keçib. Belə ki, klip yaradıcılığı o qədər də zəngin olmayan müğənni, nəhayət, növbəti klipini çəkdirir.

Publika.az xəbər verir ki, Samirə bir il əvvəl ifa etdiyi və artıq çoxdan sevənlərinin ixtiyarına verdiyi “Çarəsizəm” adlı mahnısına ekran həyatı vermək qərarına gəlib. Klip üçün yeni deyil, köhnə mahnısına müraciət etməsini isə belə izah edib: “Bu mahnıya klip çəkmək fikri çoxdan ağlımda vardı. Hətta klipi elə bir il əvvəl çəkmək istəyirdim. Amma yubandıq”.

Kliplərini həmişə Ulviyyə Könülə çəkdirən xanım ifaçı, bu dəfə ukraynalı rejissora müraciət edib : “Klipi çəkən dostlarımızdir. Qismət. Belə alındı”.

Qeyd edək ki, müğənninin yeni klipinin çəkilişləri Şamaxı, Masazır və Pirallahı adasında aparılıb. Klipin rejissoru Artyomdur. Mahnının sözləri DJ Nurlanaya, musiqisi isə Rüstəm Qədirova aiddir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm