Elçin Əlibəyli hansı məşhurları barışdıracaq? - VƏD
Bizi izləyin

Magazin1

Elçin Əlibəyli hansı məşhurları barışdıracaq? - VƏD

“Space” telekanalının “Görüş yeri” verilişində aparıcı dəyişib.

Tahirə Məmmədqızı və Tural Ozan proqramdan uzaqlaşdırılıb. Verilişə bundan sonra tanınmış telejurnalist Elçin Əlibəyli aparıcılıq edəcək. Yeni işi ilə bağlı Publika.az-a açıqlama verən E.Əlibəyli bunları deyib: “Verilişin adı "Görüş yeri"dir. Biz verilişdə küsüslüləri barışdıracağıq. Müxtəlif peşə sahibləri arasında elələri var ki, uzun müddət aralarında inciklik yaşanıb, bir-birləri ilə münasibətləri yoxdur, küsülüdürlər. Biz elə insanları bir araya gətirib barışdıracağıq. Verilişin məqsədi, məqamı budur”.

Maraqlıdır, şou-biznesdə uzun illərdir ki, küsülü olan İlhamə Quliyeva-Flora Kərimova, Brilliant Dadaşova-Lalə Məmmədova və digər sənətçilərin verilişdə barışması mümkündürmü?

Sualımıza aldığımız cavab belə oldu: “Bu, redaktorun işidir. Qonaqları onlar çağıracaq, biz də verilişdə onları barışdırmağa cəhd göstərəcəyik”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm