Həmkarları Mehdixanlının müdafiəsinə qalxdı
Bizi izləyin

Magazin1

Həmkarları Mehdixanlının müdafiəsinə qalxdı

Aktrisa Bəsti Cəfərovanın müsahibəsində xalq artisti Nurəddin Mehdixanlının Akademik Milli Dram Teatrında kampaniya təşkil etməsi ilə bağlı səsləndirdiyi fikirlərə teatrın aktyorları cavab verib.

Axar.az teatrın aktyorlarının xalq artisti Bəsti Cəfərovanın ittihamlarına münasibətini təqdim edir.

Firəngiz Mütəllimova: “Bəsti Cəfərova öz adından danışsın. O səhv eləyir. Şəxsən mən özümə qarşı olan haqsızlıqlara görə İsrafilovdan şikayətçi olmuşam. Heç bir kampaniyadan söhbət gedə bilməz. Nurəddin Mehdixanlı mənə zəng etməyib, mən onların yanına getmişəm. Bəsti Cəfərova həqiqəti bilmir, ona görə bizim adımızdan danışmasın, öz adından danışsın”.

Ramiz Məlik: “Nurəddin Mehdixanlı dünən özü Bəsti Cəfərovanın cavabını layiqincə verdi, hamımızın da ürəyindən oldu. Onun ittihamları haqda nə lazımdırsa, Nurəddin Mehdixanlı deyib”.

Əli Nur: “Bəsti Cəfərova çox böyük səhv eləyir. Hərçənd ki mənim yaxın dostumdur. Niyə axı Nurəddin Mehdixanlının kampaniyası olmalıdır? Nurəddinin öz fikri, ambisiyası var, mənim və başqalarının da öz fikrimiz. Bəsti Cəfərova tamamilə yanlış fikirdədir. Problem ondadır ki, İsrafil İsrafilov Akademik Milli Dram Teatrının aktyorlarını sevmədi. Sevsəydi, biz onu əllərimiz üstündə, göyün yeddinci qatında gəzdirərdik. O, bizə nifrət elədi, təhqir elədi. 5 il teatrın nə açılışında, nə bağlanışında bizimlə bir yerdə oldu. Məsələ də axırda bu yerə gəlib çıxdı.

İsrafil İsrafilov əslində YUĞ teatrının direktoru olmalı idi. YUĞ teatrı 30 ildə hansı işi görüb, hansı aktyoru tanıdıb? Mən şəxsən İsrafilovdan incimişəm: o gərək bizim kollektivi sevəydi”.

Xatırladaq ki, xalq artisti Bəsti Cəfərova Lent.az-a müsahibəsində Nurəddin Mehdixanlının "Azdrama"da çirkin kampaniya apardığını iddia etmiş və həmkarı barəsində zəif ifaçılıq, rolları primitiv oynamaq da daxil olmaqla, çoxsaylı ağır ittihamlar səsləndirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm