• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Bakı yığması” Sankt-Peterburqda söz güləşdirdi - FOTO

  • Magazin1
  • 17 Sentyabr 2015 15:15
  • 398 Baxış
“Bakı yığması” Sankt-Peterburqda söz güləşdirdi - FOTO

Sankt-Peterburqda III beynəlxaql KVN festivalı keçirilib.

Publika.az xəbər verir ki, İvan İvanoviç Qaza adına mədəniyyət sarayında baş tutan festival iştirakçıları “Sankt-Peterburq Qubernatorunun Kuboku” uğrunda öz bacarıqlarını nümayiş etdiriblər. Söz yarışına Minskdən “Ən yaxşı dostlar”, Uraldan “Aşağı Taqil”, Sankt-Peterburqdan “Piter komandasi”, Bakıdan isə “Bakı yığması” komandası qatılıb.

Tədbirin fəxri qonaqları qismində Sankt-Peterburqun vitse-qubernatoru Aleksandr Qovorunov və Sankt-Peterburqda Azərbaycanın baş konsulu Elşad Qulamov olub.

Festival komandaların “Salamlama” səhnəciyi ilə başlayıb. Daha sonra “Məşq” adlı müsabiqə ilə davam edib. Bu mərhələdə komandalar münsiflərin suallarına zalda əyləşən tamaşaçıları güldürən cavablar verməli olublar. Tədbirin 3-cü hissəsi isə “Biatlon” adlanıb. Festival hər komandanın “Musiqi nömrəsi” adlı çıxışları ilə yekunlaşıb.

Festivalın qalibi “Piter komandası” olub. “Bakı yığması” ikinci, “Ən yaxşı dostlar” və “Aşağı Taqil” isə sonrakı yerləri bölüşdürüb.

“Bakı yığması” komandasını festivalda “AMOR” cəmiyyətinin azərbaycanlı gəncləri dəstəkləyib. Səhnədə çıxış edən həmyerlilərimizi Azərbaycan bayrağı və gur alqışlarla yola salıblar.

Qeyd edək ki, tədbirin təşkilatçıları “Bakı yığması” komandasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Leyla Əliyevanın rəhbəri olduğu “AMOR” Cəmiyyətinə təşəkkür ediblər.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR