“Səs Azərbaycan”da canlı dinləmələr başladı - FOTOLAR
Bizi izləyin

Magazin1

“Səs Azərbaycan”da canlı dinləmələr başladı - FOTOLAR

“Səs Azərbaycan”da növbəti mərhələyə start verilib.

Publika.az xəbər verir ki, ölkənin ən möhtəşəm musiqi şousu olan “Səs Azərbaycan”da iki aylıq qeydiyyat mərhələsi başa çatıb.

"Səs Azərbaycan"ın mətbuat xidmətindən verilən məlumata görə, layihədə iştirak etmək üçün ərizə qəbulu prosesi tamamlanıb. Artıq sentyabrın 16-dan şounun 1-ci mövsümünün “Canlı dinləmələr”inə başlanıb. Sentyabrın 19-da başa çatacaq bu mərhələdə www.thevoice.az saytında və regional turlar zamanı qeydiyyatdan keçən 5000 iddiaçıdan yalnız 400 nəfəri növbəti mərhələyə keçib.

Vokal üzrə müəllim və layihə prodüsserlərindən ibarət münsiflər heyətinin qarşısında, ən istedadlı solistləri seçmək vəzifəsi dayanır. Seçilənlər Azərbaycan Televiziyasında efirə gedəcək “Kor dinləmər” mərhələsinə vəsiqə qazanacaqlar.

Təşkilatçılar tamaşaçılara daha öncə Azərbaycan televiziya məkanında görülməyən həyəcan dolu şou vəd edir. Azərbaycan Televiziyasında yayımlanacaq «The Voice of Azerbaijan» layihəsinin efir vaxtı noyabr ayının əvvəlinə planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm