ANS-in aparıcısı xarabalıqda tapıldı - FOTOLAR
Bizi izləyin

Magazin1

ANS-in aparıcısı xarabalıqda tapıldı - FOTOLAR

ANS-in aparıcısı Murad Əzimzadə yeni mövsümdə “Xəbərsizsiniz” verilişinin müəllifi olacaq.

Publika.az-a açıqlama verən aparıcı bunları deyib: “Sabah bu mövsümdə verilişimin ilk buraxılışı olacaq. Proqram zamanı canlı efirdə gündəmdə olan sosial problemləri müzakirəyə çıxaracağıq. Azərbaycanda buna bənzər veriliş yoxdur. İlk dəfə canlı efirdə sosial problemləri biz müzakirə edirik”.

M.Əzimzadə onu da əlavə edib ki, yeni mövsüm üçün fotosessiya da etdirib: “Ümumiyyətlə, hamı dəbdəbəli, lüks, mənzərəli yerlərdə fotosessiya etdirir. Düşündüm ki, mən də xarabalığa çevrilən bir yerdə şəkillər çəkdirim. Şəkilləri də verilişimin operatoru İlkin Məmmədov çəkib. Sözün düzü, fotosessiyanın ideyası da elə ona məxsusdur”.

Qeyd edək ki, M.Əzimzadə ANS-ə “Lider” telekanalından gəlib. O eyni zamanda “Ağıl dəryası” verilişinin aparıcısıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm