
Xalq artisti Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynov gözəllik salonu açıb.
Bu haqda Publika.az-a prodüser özü məlumat verib: “Gözəllik salonu açmışam. Salonun direktoru mənəm. Özüm də gün ərzində salonda oluram. Ancaq Nazpəri xanımla da işbirliyimi davam etdirirəm”.
Mikayıl Hüseynov salonun hazırlanmasına 70 min manat pul xərcləndiyini də əlavə edib.
İsa Şükürov