“X-Factor” musiqi şousunun azərbaycanlı iştirakçısına klip hədiyyə olundu
Bizi izləyin

Magazin1

“X-Factor” musiqi şousunun azərbaycanlı iştirakçısına klip hədiyyə olundu

Ukraynada keçirilən “X-Factor” musiqi şousunun azərbaycanlı iştirakçısı Fuad Əsədov klip çəkdirib.

Publika.az xəbər verir ki, Bakıda çəkilən klipin ilk təqdimatı da elə paytaxtda baş tutub. Paytaxtın elit məkanlarından birində keşirilən təqdimatda media nümayəndələri və ifaçının dostları iştirak edib.

İlk klipini rus dilində ifa etdiyi “Karusel” adlı mahnısına çəkdirib. İfaçı bildirib ki, Bakının Mərdəkan, Buzovna kəndlərində lentə alınan klipin rejissoru Deli Orucludur. Klip rejissorun ifaçıya hədiyyəsidir: “Klipi mənə çox yaxın dostum çəkib. Çox az xərcim çıxıb. Demək olar ki, dostum klipi mənə hədiyyə edib”.

“Karusel” adlı mahnının sözlərinin və musiqisinin müəllifi Ayxan Mahmudovdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm