Modelin qızına ürək dağlayan təbriki
Bizi izləyin

Magazin1

Modelin qızına ürək dağlayan təbriki

Publika.az xəbər verir ki, iki uşaq anası olan Züleyxa Akçurinanın sosial şəbəkədə qızına yazdığı doğum günü təbriki müzakirələrə səbəb olub: "Əgər Tanrı bir xanımı mükafatlandırmaq istəyirsə, ona qız övladı bəxş edir. Mənə Ester adlı qıza sahib olmaq xoşbəxtliyi 4 il əvvəl qismət olub. Mənim mələyim. Mənim güclü qızım. Niyə güclü? Çünki onun taleyinə sağlamlığı ilə bağlı elə çətin sınaq düşdü ki... Amma öhdəsindən gəldi. Bəlkə də biz böyüklər bunun öhdəsindən gələ bilməzdi. O isə əsl döyüşçüdür. Güclü ruhlu insandır. Bir ana kimi çətinliklərin öhdəsindən gəlməkdə bu, mənə çox kömək edir. Əziz qızım Ester! Sənə möhkəm can sağlığı arzulayıram. Allahın əli hər zaman başının üzərində olsun. Xoşbəxt ol. Ən dəhşətli hadisə artıq geridə qalıb. Sən çox şey yaşadın... Bu gün sənin həyat bayramındır. Doğum günündür. Səni səmimi qəlbdən təbrik edirik. Biz səni sevirik!”

Qeyd edək ki, Züleyxa Akçurinanın iki övladı var. Qızı Esterin 4, oğlu Zaxarın 6 yaşındadır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm