Baloğlan Əşrəfovdan şad xəbər
Bizi izləyin

Magazin1

Baloğlan Əşrəfovdan şad xəbər

Əməkdar artist Baloğlan Əşrəfov solo-konsertə hazırlaşır.

Publika.az-a danışan müğənni oktyabr ayında heyranları qarşısında hesabat verəcəyini deyib:

“Çoxdandır ki, solo-konsert proqramı ilə çıxış etmirəm. Tamaşaçılarım mənim üçün darıxıblar. Getdiyim hər yerdə soruşurlar ki, nə vaxt konsert verəcəksən. Növbəti konsertim üçün repertuarım da hazırdır. Hətta 30 il bundan əvvəl oxuduğum bir neçə mahnını da sevənlərimə ərməğan edəcəyəm”.

Onu da öyrəndik ki, müğənni konsertində duetlər də ifa edəcək. Amma hansı xanım sənətçilərlə, bunun sürpriz oldğunu bildirib.

Onu da qeyd edək ki, oktyabrda Baloğlan Əşrəfovun həm də doğum günü olacaq.

Yoxsa sənətçi həmin günü elə konsert salonunda - çoxsaylı tamaşaçıları ilə birgə qeyd edəcək?

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm