Zemfira Nərimanovadan ŞOK İTTİHAM: “Hələ ki susuram...”- MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Zemfira Nərimanovadan ŞOK İTTİHAM: “Hələ ki susuram...”- MÜSAHİBƏ

Yeni mövsüm başlasa da, "Azdrama"da qalmaqal səngimək bilmir. Əksinə, direktor-aktyor qarşıdurması getdikcə qızışır. İndi də xalq artistləri mərhum aktyor İlham Əsgərovun ölümünə görə direktor İsrafil İsrafilovu hədəfə alıblar. Onlar belə hesab edir ki, mərhum aktyorun ürəyini İsrafil İsrafilov "partladıb". Qalmaqal getdikcə böyüyür və bu məsələyə görə direktoru ittiham edənlər bir cəbhədə, onun müdafiəçiləri isə ikinci cəbhədə birləşib. Açıq şəkildə fikrini ifadə edən bir neçə aktyor və aktrisa var. Qalanlar nədənsə susur.

Publika.az susanları danışdırmağa cəhd edib. Xalq artisti Zemfira Nərimanova ilə baş verənlər ətrafında söhbətimizi təqdim edirik:

- Zemfira xanım, həmkarlarınız od püskürür, amma siz susmusunuz. Niyə?

- İlk dəfə teatrın direktoru İsrafil İsrafilova qarşı çıxan mən olmuşam və o vaxt mən danışanda hamısı susurdu. Çalışdım, vuruşdum, amma səsimə səs verən olmadı. Axırda çəkildim bir tərəfə. O vaxt meydanda tək idim, məni heç bir həmkarım müdafiə etmirdi. Mənim çoxdan dediklərimi onlar hələ indi dilə gətirirlər. Bilirdim ki, nə vaxtsa rəhbərliklə kollektiv arasında bu qarşıdurma yaranacaq. Hələ ki susuram, amma o demək deyil ki, sözüm yoxdur.

- Teatrda ikitirəlik yaranıb. Bir qrup İsrafil İsrafilovu müdafiə edir, digər qrup isə əksinə, onun teatrdan getməsi üçün mübarizə aparır. Siz hansı cəbhədəsiniz?

- Teatr kollektivdən ibarətdir. Biz aktyorlar bir-birimizdən asılıyıq. Ayrı-ayrılıqda heç kim mükəmməl kollektiv ola bilməz. Mən kollektivin bir üzvüyəm və onlarla birəm. Üç nəfər isə kollektiv sayılmır.

- Söhbət kimdən gedir?

- Bəsti Cəfərova, Ramiz Novruz, üçüncünü hələ dəqiqləşdirməmişəm. Bəsti sözündən döndü.

- Demək istəyirsiniz ki, vaxtilə o da direktora qarşı mübarizə aparanların sırasında idi, sonradan dəyişdi?

- Bəli. Dəyişməyinin də səbəbi mənə məlumdur. Bəsti qızını hazırda teatrda işə düzəltdirib. Bu gün teatrın direktoruna qarşı çıxan, mübarizə aparan bütöv bir kollektivdir. Yəni üç nəfəri çıxmaq şərtilə, böyük bir yaradıcı heyət rəhbərlikdən narazıdır.

- Həmkarlarınız İlham Əsgərovun ölümündə teatrın direktorunu ittiham edir. Sizcə, bu nə dərəcədə həqiqətə uyğundur?

- Teatrda Ramiz Novruzovla Ramiz Məlik arasında dava düşəndə mən çox pis olmuşdum. İstəmirdim tanınmış sənətkarlar arasında belə xoşagəlməzlik yaşansın. İlham Əsgərov isə bu hadisədən ümumiyyətlə sarsılmışdı, heç cürə özünə yer tapa bilmirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm