Fatimədən Oksanaya cavab: “O səviyyədə deyiləm” - QALMAQAL
Bizi izləyin

Magazin1

Fatimədən Oksanaya cavab: “O səviyyədə deyiləm” - QALMAQAL

Sentyabr ayı gələndən yerli şou-biznesin küsülü nümayəndələri aktivləşib.

Publika.az xəbər verir ki, Brilliant Dadaşova, İlhamə Quliyeva, Nisə Qasımova, Azəri qızı Günel arasında başlayan qalmaqalların ardınca rəqqasələr də ön cəbhədə yerini tutub. Belə ki, Fatimə Fətəliyeva ilə Oksana Rəsulovanın onsuz da gərgin olan münasibətləri birincinin mahnı oxumasına ikincinin reaksiya verməsi ilə daha da qızışıb. Oksana Rəsulova onun müğənniliyinə nəinki gülüb, üstəlik, dilini də dinc saxlamayaraq ürəyindən keçənlərin hamısını söyləyib.

ATV telekanalının mikrofonuna danışan O.Rəsulova efirdə Fatiməni görəndə kanalı dəyişdiyini də gizlətməyib: "Qeyri-peşəkar da olsan, öz üzərində işləməlisən. Rəqqasədən o vaxt müğənni çıxar ki, onun səsi olsun. Mən onu efirdə görəndə kanalı çevirirəm. Biz ayrı-ayrı dünyaların insanlarıyıq. Məni onunla müqayisə etməyin. Məndən uzaq olsun. Hər zaman demişəm ki, hind rəqsləri üzrə Azərbaycanda mən nömrə birəm! Ümumiyyətlə, nə sənətdə, nə də həyatda rəqibim olmayıb”.

Oksananın cavabı özünü çox gözlətməyib. Fətəliyeva Oksananın cavabını sosial şəbəkədən verib:

“Məni onunla müqayisə etməyin” dedikdə görəsən, o, nəyə güvənib belə danışır?! Sənin nə 17 illik peşəkar sənətdə əməyin, nə Mədəniyyət və İncəsənət Universitetinin xoreoqrafiya fakültəsindən diplomun, nə mənim qədər nailiyyətlərin, nə də başqa arxalanacaq bir şeyin var. Sən və sənin kimilər mənim yadıma belə düşmürsünüz. Mən o qədər məşğulam ki, efirə çıxıb “məndən uzaq olsun” deyib, atmaca atan qədər aşağı səviyyədə deyiləm. İnşallah, sizin də başınız övladınıza və işlərinizə qarışar və o zaman bilərsiniz ki, söz atmaq yalnız sizə qalacaq. Mahnı ifa etməyimə gəlincə, həmin mahnını xına mərasimləri üçün ifa edib, videoçarx düzəltdirmişəm. Bu, o demək deyil ki, müğənni olacağam. Mən əsla öz sənətimi atmaram. Yerimi heç vaxt layiq olmayanlara buraxmaram”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm