Magazin1
“Arşın mal alan”ın Hollivudda premyerası keçirilib
1945-ci ildə çəkilən “Arşın mal alan” filmi Hollivudda
nümayiş olunub. Bu, filmin Hollivudda ilk premyerası kimi tarixə
düşüb.
Publika.az xəbər verir ki, film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban”da təqdim edilib.
Qeyd edək ki, Azərbaycanın ölməz bəstəkarı Üzeyir
Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal
alan” filminin isə 70 illiyinə həsr olunan nümayişdə
sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib.
Nümayişdən əvvəl film barədə məlumat verib. Filmin
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyəsi ilə
bərpa edildiyi diqqətə çatdırılıb. Tamaşaçılar həmin çıxışın
videoyazısına baxıb.
Sonra çıxış edən, Rəşid Behbudovun qızı Rəşidə Rəşid filmlə bağlı
atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb.
Qeyd edək ki, filmin rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonokdur.
Sonra film nümayiş etdirilib.
Cəvahir Səlimqızı
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...