Kübra Əliyeva oğlunun son peşmanlığını dilə gətirdi: “Kaş ki...”
Bizi izləyin

Magazin1

Kübra Əliyeva oğlunun son peşmanlığını dilə gətirdi: “Kaş ki...”

Əməkdar artist Kübra Əliyeva oğlunun ölümündən danışıb.

Publika.az-a göz yaşları içərisində açıqlama verən aktrisa oğlunun son arzusunu dilə gətirib: “30 illik zəhmətim hədər getdi, balamı ölümün caynağından ala bilmədim. Sentyabrın 3-dən reanimasiyaya yerləşdirilmişdi. Hər gün saat 3-də yanına gedib, axşam saat 5-də evə qayıdırdım. Son peşmanlığını mənə deyəndə ağlamışdı. Dedi ki, ana, kaş ki narkoman olmayaydım. Həyata yenidən gələydim və səhvlərimi təkrarlamayaydım. 47 yaşı vardı. Həyatdan nakam getdi”.

Xatırladaq ki, bu gecə qara ciyər sirrozundan dünyasını dəyişən mərhumun cəsədini hələ ailəsinə verməyiblər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm