Döyülən azərbaycanlı müğənniyə Rusiyadan vəkil çağırıldı
Bizi izləyin

Magazin1

Döyülən azərbaycanlı müğənniyə Rusiyadan vəkil çağırıldı

Bu ilin martında Rusiyada döyülərək işgəncəyə məruz qalan azərbaycanlı müğənni Vüqar Muradovdan xəbər var.

Publika.az-a açıqlama verən müğənni onu döyən səkkiz nəfərdən birinin də yaxın günlərdə həbs olunacağını deyib: “Çox adam elə bilir ki, məni döyənlər azadlıqda qalacaq. Xeyr, istintaq davam edir. Bilirsiniz ki, cinayətkarlardan biri həbs olunub. Digərinin həbsi istiqamətində işə başlanıb. Rusiyadan vəkil göndəriləcək. Istintaq sirri olduğu üçün ətraflı məlumat vermirəm. Bircə onu deyə bilərəm ki, yaxın zamanlarda daha bir cinayətkar həbsə atılacaq. Hər kəs əməllərinə görə cavab verəcək”.

Qeyd edək ki, Vüqar Muradov bu ilin martında Rusiyada 8 nəfərin hücumuna məruz qalıb. Meşədə döyülən müğənniyə işgəncələr verilib.

V.Muradov bu hadisənin arxasında azərbaycanlı müğənni Fidan Süleymanovanın dayandığını iddia edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm