Elmira Ələkbərzadə: “O Allahımın mənə hədiyyəsidir”
Bizi izləyin

Magazin1

Elmira Ələkbərzadə: “O Allahımın mənə hədiyyəsidir”

Müğənni Elmira Ələkbərzadə körpəsinin onun həyatını xeyli dəyişdiyini deyib.

Publika.az-a açıqlama verən müğənni hələ də bunu yuxu hesab edir: “Mən 41 yaşımda ana olmuşam. İlk dəfə körpəmi qucağıma alanda elə bildim yuxu görürəm. Hələ də bu yuxudan ayılmadığımı düşünürəm. Körpəm həyatımı dəyişdi, mənə xoşbəxtlik hissi yaşatdı. Buna görə Allahıma minnətdaram. Mən uşağım olmadığı vaxtlarda da Allahıma şükür etmişəm və demişəm ki, bu, sənin öz məsləhətindir. Mən güclü və iradəli qadınam. Allahıma sonsuz inamım olduğu üçün nə vaxtsa, mükafatlandırılacağımı gözləyirdim. Körpəm Allahımın mənə hədiyyəsidir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm