Nazəninin həyat yoldaşı: “Təranə məşuqəm olub...”- ŞOK İDDİA
Bizi izləyin

Magazin1

Nazəninin həyat yoldaşı: “Təranə məşuqəm olub...”- ŞOK İDDİA

Təranə Qumralla Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov arasında məhkəmə çəkişməsi davam edir.

Belə ki, birinci məhkəmədə Nazəninin həyat yoldaşına uduzan Təranə Qumralın qarşı tərəfdən acıq çıxmaq üçün atdığı addım ona baha başa gəlib. Təranə Qumralın "Instagram" səhifəsində Nazəninin həyat yoldaşının fotolarını yayması və şəkillərin altından təhqiramiz sözlər yazması Nazəninin ərini hərəkətə gətirib.O, buna görə yenidən Təranə Qumralı məhkəməyə verib. Məhkəmədə yenidən uduzacağını görən Təranə dərhal "Instagram" səhifəsini bağlayaraq məsuliyyətdən yayınmağa cəhd edib. Lakin qarşı tərəf geri çəkilmək fikrində deyil.

Publika.az-a açıqlama verən Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov sona qədər mübarizə aparacığını deyib: “Gizlətmirəm, Təranə Qumral mənim məşuqəm olub. Birinci məhkəmədə də Təranə Qumralın mənə yazdığı intim mesajlarla bu, sübuta yetirildi. Mənə çox maraqlıdır, onun qeyrətli əri məhkəmənin bu sübutundan sonra hansı hissləri yaşadı. O qadın daha sonra mənim fotolarımı özünün "Instagram" səhifəsində yayaraq məni təhqir etdi. Buna görə də qanun qarşısında cavab verməli olacaq. Baxmayaraq ki, həmin səhifəni sonradan bağladı”.

M.Həsənovun vəkili Adəm Məmmədov Publika.az-a açıqlamasında bunları deyib: “Təranə Qumral "Instagram" səhifəsini ləğv etməklə məsuliyyətdən yayına bilməz. Onun əməllərini sübut etmək çətin deyil. O, M.Həsənovun şərəf və ləyaqətini alçaltdığı üçün qanun qarşısında cavab verəcək”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm