Azərbaycanlı müğənni Almaniyaya çağırıldı
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni Almaniyaya çağırıldı

Noyabrın 7-də Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Berlin Opera Teatrında keçiriləcək Böyük Qala Operasında çıxış edəcək.

Publika.az xəbər verir ki, orkestrə Donald Runnikls dirijorluq edəcək.

Tədbir barədə məlumat Berlin Opera Teatrının saytında da yer alıb. Qeyd olunub ki, artıq 22-ci dəfədir ki, Almaniya AIDS Fondunun Böyük Qala Operası Berlin Opera Teatrında keçirilir. Bu xeyriyyə tədbiri paytaxtın sosial-mədəni həyatında mühüm tədbirlər sırasındadır.

Dinara Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm