Ramiz Əzizbəylinin xanımı: “Güclə danışır...”
Bizi izləyin

Magazin1

Ramiz Əzizbəylinin xanımı: “Güclə danışır...”

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində hələ də irəliləyiş yoxdur.

Bu barədə Publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib: “Ramiz necə var elədir, hələ də sağalıb ayağa qalxmır. Yaddaşı zəifdir, güclə danışır. Nitqində yaranan problemlərə görə fikrini asanlıqla izah edə bilmir. Buna görə də çox əsəbiləşir. Həkimlər də deyir ki, ona əsəbiləşmək olmaz. Yanına gəlmək istəyənlər də çoxdur. Amma heç kimi yanına qoymuruq, çünki danışanda çətinlik çəkdiyi üçün gərginlik keçirir və səhhətinə ziyan vurur. Ümumiyyətlə, bu xəstəlik elədir ki, çətin sağalır və bunun üçün illər lazımdır”.

Müalicə olunmaq üçün sənətkarın xarici ölkələrə aparılması da aktualdır. Ancaq hələ ki gözlədiklərini deyib: “Özümüzdə də yaxşı həkimlər var, gözləri Ramizin üstündədir. Xaricə aparanda nə dəyişəcək ki? Beyin insultu ağır xəstəlikdir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm