Musiqili Teatrda uğurlu premyera
Bizi izləyin

Magazin1

Musiqili Teatrda uğurlu premyera

Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, bu, Musiqili Teatrda 106-cı mövsümün ilk premyerasıdır. Premyera böyük anşlaqla keçib. Rauf Hacıyevin möhtəşəm musiqisi hamını heyran edib. Peşəkar aktyor oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub.

Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrı tarixinə yazılan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbaci, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm