Gülay Zeynallı yeni klipini təqdim etdi – FOTOSESSİYA/VİDEO
Bizi izləyin

Magazin1

Gülay Zeynallı yeni klipini təqdim etdi – FOTOSESSİYA/VİDEO

Azərbaycanlı müğənni Gülay Zeynallı payızın ilk günlərində növbəti klipini təqdim edib.

Publika.az xəbər verir ki, 4 hissədən ibarət klipin hər hissəsində bir fəsil canlandırılıb. Klip boyu avtomobilindən çıxmayan müğənninin ətrafında mövsümlər biri-birini əvəz edir. Əvvəlcə yay, sonra payız, qış olur və nəhayət, yaz gəlir. Ancaq müğənninin, deyəsən, gözlədiyi gəlmir. Gözlədiyi isə yarıdır. Belə ki sevgilisi üçün oxuduğu mahnının klipində onun tərəf-müqabili yoxdur.

Qeyd edək ki, Gülay Zeynallının “Sevgilim” adlı mahnısının sözləri Qənirə Paşayevaya, musiqisi isə Aynur Adilqızına aiddir.

Publika.az klipi və klipdən fotosessiyanı təqdim edir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm