Vidadi Babanlı: “Yataqdan qalxa bilmirəm...”
Bizi izləyin

Magazin1

Vidadi Babanlı: “Yataqdan qalxa bilmirəm...”

Tanınmış yazıçı Vidadi Babanlı bir müddət öncə Zaqatalada istirahət edərkən büdrəyərək yıxılıb. Bud sümüyündən zədə alan yazıçı hələ də ayağa qalxa bilmir.

Bu barədə o, Publika.az-a açıqlamasında məlumat verib. Yazıçı ayağının gipsə qoyulduğunu və buna görə də yeriyə bilmədiyini deyib: “Zaqatalaya istirahətə getmişdim. Necə deyərlər, qaş düzəltdiyim yerdə vurub gözümü də çıxartdım. Yeni romanlarımın çapına az qalmışdı, elə bil nəzərə gəldim. Evin içində ayağım burxuldu, stuldan yapışdım ki, yıxılmayım. Stul da sürüşdü, bud sümüyüm sındı. Gözüm də zəif görür axı. Getdim ki dincəlim, əvəzində başıma iş açdım. Ay yarımdır ki, yataqdan qalxa bilmirəm, əziyyət çəkirəm. Heç olmasa, evin içində fırlanırdım. Yazı-pozu ilə başımı qatırdım. İndi heç tərpənə də bilmirəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm