33 yaşını qeyd edən aşıq: “Həyat yoldaşıma icazə vermərəm ki…”- FOTOLAR
Bizi izləyin

Magazin1

33 yaşını qeyd edən aşıq: “Həyat yoldaşıma icazə vermərəm ki…”- FOTOLAR

Vur çatlasın, çal oynasın… 33 yaşını tamamlayan şou-biznesin subay nümayəndəsi Aşıq Namiq doğum günü munasibəti ilə dostlarını başına yığıb çal-çağır edib.

Publika.az xəbər verir ki, sənətçinin şad günündə təbrikə gələnlər arasında şou əhli ilə bərabər, tanınmış şair Baba Vəziroğlu və kinorejissor Əbdül Mahmudbəyov da vardı.

"Aşıq Namiq saza-sözə dəyər verən sənətçidir, buna görə burdayam” - deyən Əbdül Mahmudbəyov Namiqin səsini və avazını çox bəyəndiyini bildirib.

Təəssüratlarını Publika.az-la paylaşan səbəbkar nəhayət ki, yaxın zamanlarda subaylığın daşını da atacağını söyləyib: “Artıq vaxtdır. Bəri başdan deyim ki, çox mühafizəkaram, ailə quracağım qız mənə dözməli olacaq. Çünki həyat yoldaşıma icazə vermərəm ki, işləsin. Evdə otursun, mən qazanım gətirim, o da yesin”.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm