Bu şəxs də “Azdrama”dan getdi...
Bizi izləyin

Magazin1

Bu şəxs də “Azdrama”dan getdi...

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov vəzifəsindən azad edilib.

Mətbuata açıqlamasnda o, öz ərizəsi ilə işdən çıxdığını deyib: “Mənə heç kim “işdən çıx” deməyib. Son vaxtlar işlərim çox idi. Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasında dərs deyirəm. Həm də “YUĞ” Teatrının ədəbi hissə müdiriyəm. Yəni, işlərim kifayət qədər çoxdur”.

“Azdrama”dan isə Publika.az-a bildirilib ki, E.Cəfərov tutduğu vəzifədən kənarlaşdırılıb. Səbəb isə ona edilən xəbərdarlıqlara məhəl qoymaması olub: “Rəhbərlik yalnız “Azdrma”da çalışa biləcəyi barədə ona xəbərdarlıq edib. Digər işlərdə çalışacağı halda, işdən kənarlaşdırılacağı açıq şəkildə deyilmişdi. E.Cəfərov buna əməl etmədiyindən buradakı işini itirib”.

Qeyd edək ki, Milli Dram Teatrının yeni mətbuat katibi jurnalist Cavid Zeynalov olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm