Azərbaycanlı erməni ilə duetdə... – VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı erməni ilə duetdə... – VİDEO

Bu günlərdə daha bir azərbaycanlı erməni ilə "qardaşlıq" nümayiş etdirib.

Publika.az xəbər verir ki, azərbaycanlı yumorist Şövqi Əhədov erməni Araik Manqasaryanla Ukraynanın “İnter” telekanalında yayımlanan “Komiki güldür” adlı yumoristik şouda çıxış edib.

Cütlük “Bozun 50 çaları Qafqazda” səhnəciyi ilə münsifləri dəfələrlə güldürə bilib. 20 min qriven (təqribən 1000 manat) qazanaraq şounu tərk ediblər.

Qeyd edək ki, bu şouda iştirakçılar 60 saniyə ərzində münsiflər heyətində əyləşən Vladimir Zelenski və Yevgeniy Koşevovu güldürməlidirlər. Bunu bacaran iştirakçılar müəyyən məbləğdə pul qazanır. Qazananlar pulu götürüb oyunu tərk edir və ya münsifləri güldürmək üçün əlavə 60 saniyə vaxt qazanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm