Xoşqədəmin də verilişi bağlandı...
Bizi izləyin

Magazin1

Xoşqədəmin də verilişi bağlandı...

Bu gün Milli Teleradio Şurasının növbəti iclası keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hazırda davam edən və əsasən teleradio verilişlərinin keyfiyyətinin müzakirəsinə həsr olunmuş iclasda TV proqramları ilə bağlı bəzi vacib qərarlar qəbul edilib.

Həmin qərarlardan biri müəllifi Xoşqədəm Hidayətqızı olan “Səni axtarıram” verilişi ilə bağlı olub. MTRŞ son aylar ANS-də yayımlanan bu verilişin bağlanmasına qərar verib. Səbəb kimi verilişdə etik normaların pozulması göstərilib.

İclasın nəticələri barədə əlavə məlumatlar verəcəyik.

Qeyd edək ki, dünən Zaur Baxşəliyevin "Azad Azərbaycan" televiziyasında yayımlanan “Öz aramızda” verilişinin də bağlanması barədə məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm