Ruslar “Batalyon”la Bakıya gəlir
Bizi izləyin

Magazin1

Ruslar “Batalyon”la Bakıya gəlir

1-7 oktyabrda Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək. Tədbirin təşkilatçısı Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzidir.

Nizami Kino Mərkəzindən Publika.az-a bildirilib ki, Film həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, eləcə də “Quzum Dolli kinli idi, tez öldü” bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov, “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.

Film həftəsi çərçivəsində “Burada üfüqlər sakitdi...”, “Yaşıl karet”, “Quzum Dolli kinli idi, tez öldü”, “Kabus”, “Batalyon”, “Ələkeçməz”, “Əziz anam” bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Film nümayişlərinə giriş sərbəstdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm