Zaur verilişindən danışdı: "Öz aramızda..."
Bizi izləyin

Magazin1

Zaur verilişindən danışdı: "Öz aramızda..."

ATV-nin aparıcısı Zaur Baxşəliyev “Öz aramızda” verilişinin bağlanması ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında yazıb: “ATV telekanalı tərəfindən verilişimlə bağlı açıqlama verilib. Biz efirə yeni studiyadan başqa layihə ilə çıxmalı idik. ATV rəhbərliyi yarımçıq qalmış və həllini tapmış bəzi problemləri yekunlaşdırmaq üçün “Öz aramızda” layihəsinə 2 həftə vaxt verdi. Biz də bu 2 həftə ərzində çalışıb həllini tapan məsələləri təqdim etdik. Yaxın günlərdə iki layihəmiz – “Məni yarımdan soruş” və “Bu stil mənim” efirə gedəcək. Hər ikisi vaxt aparan layihələrdir. Biri Türkiyədə çəkilir, digəri isə ölkə daxilində. Bunları sahmana salana qədər gündəlik efirimizə ara vermişik. İnşallah, daha gözəl formatda, daha qlobal layihələrlə qarşınızda olacağıq. ATV telekanalı maddi texniki bazasını gücləndirib. Görürsünüz ki, heç bir layihəsinə start verməyib. Biz köhnəyə əl gəzdirmirik, yeni, inkişaf etmiş, standartlara uyğun layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışırıq. Bu baxımdan daha səviyyəli və baxımlı verilişlərlə gələcəyik.
Millətimizə, dövlətimizə, dəyərlərimizə hörmətlə, Zaur Baxşəliyev”.

Ancaq maraqlıdır ki, teleaparıcı yazdığı açıqlamanı bir neçə dəqiqə sonra silib.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm