İlhamə Elza Seyidcahanın deputatlıq həvəsini öldürdü?
Bizi izləyin

Magazin1

İlhamə Elza Seyidcahanın deputatlıq həvəsini öldürdü?

Bir neçə həftə bundan öncə deputatlığa namizədliyini verərək gündəmi alt-üst edən əməkdar artist Elza Seyidcahan, nədənsə, son günlər susqunlaşıb. Bəlkə də, Elza Seyidcahan müğənni həmkarı, xalq artisti İlhamə Quliyeva ilə yaşanan çəkişmədən sonra ruhdan düşüb. Bu qənaətə gəlməyimizin səbəbi var. Belə ki, bu dəfəki söhbətimizdə Seyidcahanın səsində əvvəlki çoşqunu və qətiyyəti hiss etmədik. Nə deputat olmaq həvəsindən, nə də İlhamə Quliyeva ilə münasibətlərindən danışmaq istəyən müğənni, geri çəkilmədiyini, sadəcə başının imza toplamağa qarışdığını dedi:

“Elza Seyidcahan həmişə uğurlu layihələrə imza atıb, başladığı işi də axıra çatdırıb. Bu dəfə də belə olacaq. Baxmayaraq ki, bu yolda maneələrlə də qarşılaşmışam. Seçicilərimlə görüşlərim davam edir, imza toplayıram”.

Maraqlıdır, bəs xalq artisti İlhamə Quliyeva ilə aralarında yaşanan söz atışmasından sonra vəziyyət nə yerdədir? Tərəflər bir-birinə qarşı yumşalıbmı, barışıq gözlənilirmi?

Sualdan xoşlanmayan Seyidcahan “mən öz işlərimlə məşğulam, başqa şey barədə düşünmürəm”, - dedi.

“Qarşı tərəfi məhkəməyə verəcəksinizmi?” sualına aldığımız cavabsa belə oldu: “Əlimdə işim var, danışa bilmirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm