Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu
Bizi izləyin

Magazin1

Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu

Nəsimi rayon məhkəməsi xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb.

Bu barədə Publika.az-a açıqlamasında müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov məlumat verib. Onun sözlərinə görə, qərarda Aygün Kazımova tərəfindən məhkəmə qətnaməsini qərəzli şəkildə icra edilməməsi göstərilib.

"Həmin qətnaməyə görə, Aygün Kazımova Natavan Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni icra etməkdən boyun qaçırır", - deyə vəkil əlavə edib.

Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir. Odur ki, xalq artisti Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə, ölkə hüdudlarını heç bir halda tərk edə bilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm