İşçisini qovan İlhamə Quliyeva: “O cavab verəcək”
Bizi izləyin

Magazin1

İşçisini qovan İlhamə Quliyeva: “O cavab verəcək”

Xalq artisti İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynovanı işdən çıxarıb. Bununla bağlı sənətkarın mətbuat katibi Faiq Ələkbərov məlumat yayıb.

Publika.az-a açıqlama verən Primadonna isə onu işdən qovmaqla kifayətlənməyəcəyini vurğulayıb: “Artıq o qadını işdən uzaqlaşdırdım, səlahiyyətlərini əlindən aldım. Onun barəmdə bir kəlmə də danışmağa ixtiyarı yoxdur. Zamanla hər şey aydınlaşdırılacaq. O, elədiklərinə görə cavab verəcək”.

Xalq artisti onu da bildirib ki, köməkçisinə qarşı gördüyü tədbirlər bununla bitməyəcək. Yaxın günlərdə onun barəsində verdiyi yeni qərarları mətbuata açıqlayacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm