Aynişan cazibədarlığının sirrini açdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Aynişan cazibədarlığının sirrini açdı - FOTOLAR

Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva şəxsi "Instagram" səhifəsində gözəllik sirrini paylaşıb.

Publika.az xəbər verir ki, o, arzuladığı çəkiyə düşmək üçün 2 il mübarizə aparıb: “2 ildir ki 54 kq idim. 2 il ərzində nə arıqlaya, nə də kökələ bilirdim. Ona görə də idmanla ciddi şəkildə məşğul olmağa qərar verdim. Bu gün səhər idmanından sonra çəkimi yenidən ölçdüm və nəhayət ki istədiyim çəkiyə düşdüm. Doğru qidalanma, pilates, yoqa dərsləri sayəsində 54-dən 52 kq-a düşə bildim. Arzuladığınız çəkiyə düşməyin 60 faizi düzgün qidalanmaqdır, 40 faizi isə idmandan asılıdır”.

Xatırladaq ki, bir vaxtlar müğənni kimi fəaliyyət göstərən Aynişan hazırda İstanbulda həm təhsil alır, həm işləyir. Əməkdar artist Aybəniz Haşımova isə açıqlamalarında qızının bundan sonra gündəmdə olmaq istəmədiyini, həmçinin efirdən uzaq duracağını bildirib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm