Beyin əməiyyatı keçirən bəstəkar: “Məni o yaşatdı”
Bizi izləyin

Magazin1

Beyin əməiyyatı keçirən bəstəkar: “Məni o yaşatdı”

Ötən ay beyin əməliyyatı keçirən əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin səhhəti yaxşılaşsa da, o, müalicəsini ev şəraitində davam etdirir.

Publika.az-a danışan bəstəkar hələ bir müddət dava-dərman qəbul edəcəyini bildirib: “Beyin əməliyyatı çox çətin əməliyyatdır. Həkimlərin səyi nəticəsində yığılan qan təmizləndi, indi çox yaxşıyam. Amma müalicəm hələ bir müddət davam edəcək. Əməliyyat xərclərini öz üzərinə götürdüyünə görə dövlət başçımıza, dövlətimizə minnətdaram. Məni o yaşatdı”.

Bəstəkar qısa fasilədən sonra yaradıcılıqla məşğul olacağını da deyib: “Qısa bərpa dövrü keçəndən sonra yeni mahnılar üzərində çalışacağam. Amma bir müddət əvvəl bəstələdiyim mahnıların yaxın günlərdə təqdimat mərasimi keçiriləcək. Milli Qəhrəman İbad Hüseynova həsr etdiyim silsilə mahnılar və Sona Vəliyevanın sözlərinə bəstələdiyim “Arazbarı” layihəsini də tezliklə üzə çıxaracağam.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm