Nadir Qafarzadəni ağlatdılar – VİDEO+FOTOLAR
Bizi izləyin

Magazin1

Nadir Qafarzadəni ağlatdılar – VİDEO+FOTOLAR

Müğənni Nadir Qafarzadə növbəti klipinin təqdimat mərasimini Buzovnada yerləşən 1 saylı psixonevroloji yaşayış müəssisəsində keçirib.

Publika.az-ın məlumatına görə, ifaçı “Gün keçdi” adlı klipini mediaya təqdim edib və təəssüratlarını bölüşüb: “Bu gün burda olduğum üçün özümü çox şanslı sayıram. Əqli və ya fiziki cəhətdən qüsurlu insanlara hər birimiz dəstək olmalıyıq. Bu, bizim insanlıq borcumuzdur. Hər zaman klip çəkdirib, mediaya təqdim etmişəm. Amma bu dəfə fərqlilik etmək istədim. Düşündüm ki, bu cür insanların qarşısında klip təqdim etsəm, onlara baş çəksəm, Allaha da xoş gedər. Bu gün təqdim etdiyimiz “Gün keçdi” adlı klipi elə burda izlədim. İzləyən anda da göz yaşlarımı saxlaya bilmədim. Elə klipdə də 1 saylı psixonevroloji yaşayış müəssisəsinin sakinləri çəkilib. Düşünürəm ki, fərqli bir klip ərsəyə gəlib”.

Ekran işinin rejissoru Nail Naiboğlu da fikirlərini bölüşüb: “Bu bir layihədir. Kliplərin ardı var. Layihənin 1-ci iştirakçısı Nadir Qafarzadə idi. Klip İsmayıllının İvanovka kəndində çəkilib”.

Xatırladaq ki, “Gün keçdi” adlı bəstənin sözləri Rəfiq Zəki Xəndana, musiqisi Fərid M. Bayramlıya məxsusdur. Klipin prodüseri Emil Fərmandır.

Qeyd edək ki, təqdimatdan sonra N.Qafarzadə 2 saata yaxın konsert proqramı ilə çıxış edib. Gecəyə rəqqasə Fatimə Fataliyeva da qatılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm