“O səs Türkiyə”də daha bir azərbaycanlı ayaq üstə alqışlandı - VİDEO
Bizi izləyin

Magazin1

“O səs Türkiyə”də daha bir azərbaycanlı ayaq üstə alqışlandı - VİDEO

O səs Türkiyə”də daha bir azərbaycanlı münsifləri heyran qoyub.

Publika.az xəbər verir ki, Əli Rza adlı azərbaycanlı “O sole mia” mahnısını ifa edərək geniş vokal imkanlarını nümayiş etdirib. İfası ilə bütün münsiflərin rəğbətini qazanan həmyerlimizi münsif kürsüsündə əyləşən Hadisə və Gökhan Özən ayaq üstə alqışlayıb.

Əli Rza yarışmaya İrandan qatıldığını bildirib: “Mən İrandan, Təbrizdən gəlmişəm. Yəni biz azəriyik”.

Həmyerlimiz, musiqi savadı olduğunu da əlavə edib: “Mən musiqi təhsilimi Bakıda, daha dəqiq desəm, Bakı Milli Konservatoriyasında almışam”.

Klassik italyan musiqilərini daha çox ifa etdiyini bildirən Əli Rzadan münsiflər növbəti mahnı ifa etməyi xahiş ediblər. Münsiflərin istəyini yerə salmayan müsabiqə iştirakçısı akapella şəklində “Mammo” mahnısını ifa edib. Münsiflərin hamısı Əli Rzanı öz komandasında görmək istədiyini bildirib. Münsif kürsüsündə əyləşən Ebru Gündəş öz çağırışı ilə fərqlənib. O, Əlini komandasına Azərbaycan dilində səsləyib. Buna baxmayaraq, həmyerlimiz Gökhan və Hakan qardaşlarının koandasında olmağı seçib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm