• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

49 yaşını qeyd edən Almaz Ələsgərli özəl hədiyyəni kimdən aldı?

  • Magazin1
  • 6 Oktyabr 2015 13:45
  • 1 022 Baxış
49 yaşını qeyd edən Almaz Ələsgərli özəl hədiyyəni kimdən aldı?

“Doğum günümdə gözlədiyim hədiyyəni qızlarımdan aldım. Çünki qızlarım qədər mənə yaxın kim var ki? Onu da deyim ki, məni təbrik edənlərin sayı-hesabı yoxdur. Yəqin ki təbriklər, hədiyyələr gecə yarısına qədər davam edəcək. Amma mənim üçün ən böyük hədiyyə hörmət və səmimiyyətlə söylənən xoş sözdür”.

Bu sözləri Publika.az-a bu gün 49 yaşını qeyd edən əməkdar artist Almaz Ələsgərli söyləyib.

Sənətçi doğum günündə yüksək əhval-ruhiyyədə olduğunu da deyib: “Mən həmişə pozitiv, enerjili və nikbin xanımam. Nadir hallarda bədbin ola bilərəm, bu da bir neçə dəqiqə çəkə bilər. Yaş üstə yaş gəldikcə nikbinliyim daha da artır. Həyatı doya-doya yaşayıram”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR