“Qaragöz boy-boy”un məşhur ifaçısı Bakıya çağırıldı
Bizi izləyin

Magazin1

“Qaragöz boy-boy”un məşhur ifaçısı Bakıya çağırıldı

Öz mahnıları ilə Azərbaycanda sevilən Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva Bakının ikigünlük qonağı olub.


Əməkdar artist Aygün Bəylərin dəvəti ilə Bakıya gələn müğənni “Yenə o bağ olaydı” verilişinin qonağı olub. Yeni mövsüm buraxılışında çəkilən Nəsibə Abdullayeva sevilən mahnılarını ifa edib.


Publika.az xəbər verir ki, verilişdə Nəsibə Abdullayeva ilə ailəvi dostluq münasibəti olan əməkdar incəsənət xadimi Baba Vəziroğlu iştirak edib.

Verilişi sənətlə bağlı fikir mübadiləsi, musiqilər, xatirələr üzərində quran Aygün Bəylər sonda Nəsibə Abdullayeva ilə birlikdə hər iksinin repertuarını bəzəyən “Nigaranam” mahnısını səsləndiriblər.

Qeyd edək ki, Nəsibə Abdullayeva Baba Vəziroğlunun evində qonaq olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm