Nazpəri Dostəliyeva zəhərləndi
Bizi izləyin

Magazin1

Nazpəri Dostəliyeva zəhərləndi

Müğənni Nazpəri Dostəliyeva dərmandan zəhərlənib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Publika.az-a açıqlamasında faktı təsdiqləyib. Nazpəri Dostəliyevanın oktyabrın 10-da xəstəxanaya yerləşdirildiyini deyib.

“Belə ki, xəstənin yuxu pozğunluğu olub və həkim ona sakitləşdirici dərman qəbul etməyi tövsiyə edib. Həmin dərman normalda sakitləşdirməli olduğu halda, yuxusunu qaçırmışdı, ürək döyüntüləri var idi. Hər növ dərmanın əks-təsiri ola bilər. Bu, dərmanın keyfiyyəti və ya dozanın düzgün olmaması ilə əlaqədar deyil. Bu, orqanizmdən asılıdır”.

A.Maqsudov bildirdi ki, növbətçi həkim müğənninin bir neçə saat nəzarətdə olması üçün xəstəxanada qalmasını məsləhət görüb. Müğənni səhəri gün evə buraxılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm