Aytən Səfərovaya qarşı hücum olub
Bizi izləyin

Magazin1

Aytən Səfərovaya qarşı hücum olub

Ötən gün məşhur telejurnalist Aytən Səfərovanın “facebook” səhifəsinə qarşı haker hücumu olub.

Publika.az xəbər verir ki, bu haqda məlumatı telejurnalist özü açıqlayıb. O bildirib ki, hesabına daxil olan haker gizli şifrəni dəyişib. Beş saat boyunca Aytən Səfərova şəxsi hesabına daxil ola bilməyib.

Uzunmüddətli tədbirlərdən sonra Səfərova hesabına nəzarəti bərpa edib.

“5 saatadək “facebook” profilimə hücum olub. Yaxın insanların köməkliyi və böyük səyi nəticəsində səhifəyə nəzarəti bərpa etmək mümkün olub. Bu müddət ərzində kimsə mənim adımdan hər hansı bir mesaj alıb, ya da ona həmlə olubsa, bu, birbaşa həmin problemdən irəli gəlir. Hazırda da səhifəmin təhlükəsizlik səviyyəsini daha da gücləndirmək istiqamətində iş gedir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm