Magazin1
Natəvandan Aygünə sərt CAVAB: "Sənə o söz..."
Xalq artisti Aygün Kazımova ilə müğənni Natəvan Həbibi arasındakı qalmaqal yenidən alovlanıb.
Publika.az xəbər verir ki, Natəvan Həbibi xalq artistinin ona “Rədd ol, mənim məmləkətimdən! Rədd ol!” sözlərinə münasibət bildirib. Natəvan Həbibinin cavabını olduğu kimi təqdim edirik:
“Sənə "savadsız" demişdim, əslində, "savadsız" sözü də sənə çoxdur, "ay ağıl dəryası". Məhkəmə araşdırması zamanı da məlum oldu ki, mənim soy-köküm əsl azərbaycanlıdır. Sən özün də yazdıqlarına görə təkzib vermisən. İndi bu yazınla nə demək istəyirsən? Respublikanın qanunları, məhkəmənin qərarı sənə çatmır? Tezliklə çatar! Mətbuata məhkəmənin qərarını sübut edən sənədləri təqdim etmişəm. Səni müdafiə edən hüquqşünas sənə başa salsın ki, məhkəmənin çıxardığı qərarın 30 il qüvvəsi var. Statusunda da “Mənim məmləkətim” yazmısan. Onu bil ki, məmləkətini, dövlətini sevən adam dövlətin qanunlarına və hakimin qərarına hörmətlə yanaşmalıdır. Belə görünür ki, öz aləmində dövlətin sənə verdiyi addan istifadə edib qanunlara tabe olmaq istəmirsən. Amma olacaqsan, mütləq tabe olacaqsan! Qaldı ki sənin ölkədən çıxışınla bağlı müvəqqəti məhdudiyyətə, bu, hakimin qərarıdır. Mən başa düşürəm, savadsız olanda anlamaq çətin olur, əgər yenə də nə isə başa düşməsən, mənə müraciət edə bilərsən”.
Aytən
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı