• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bəstəkar kamera orkestri ilə yaradıcılıq gecəsi keçirəcək

  • Magazin1
  • 16 Oktyabr 2015 05:43
  • 549 Baxış
Bəstəkar kamera orkestri ilə yaradıcılıq gecəsi keçirəcək

Bəstəkar Aygün Səmədzadə konsertə hazırlaşır.

Publika.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü bəstəkar Aygün Səmədzadə yaradıcılıq gecəsi keçirəcək. Konsertin musiqi rəhbəri xalq artisti Teymur Göyçayevdir. Aygün Səmədzadənin mahnılarını səhnədə Qara Qarayev adına kamera orkestri müşayət edəcək.

Publika.az-ın əldə etdiyi məlumata görə məşqlər artıq başlayıb. Səhnədə çıxış edəcək müğənnilər isə orkestr ilə məşqlərini davam etdirir.

Qeyd edək ki, konsertdə bəstəkarın mahnılarını ifa edən bir sıra incəsənət xadimləri iştirak edəcək. Konsert dekabrın 1-də Heydər Əliyev sarayında baş tutacaq.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR