48 yaşlı Zülfiyyə Xanbabayeva doğum gününü qeyd edir - FOTOLAR
Bizi izləyin

Magazin1

48 yaşlı Zülfiyyə Xanbabayeva doğum gününü qeyd edir - FOTOLAR

Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günüdür. Müğənni 48 yaşını ailəsi ilə birgə keçirəcək.

Publika.az xəbər verir ki, müğənni açıqlamasında doğum gününü sadə tədbirlə qeyd edəcəyini söyləyib.

Z.Xanbabayeva 1994-cü ildə Vaqif Gərayzadənin “Aypara” qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra solo-karyerasına başlayıb. 2005-ci ildə “Canım məmləkətim” adlı konsert proqramı ilə Azərbaycanın dilbər guşələrinə turneyə çıxıb.

İndiyə kimi Z.Xanbabayevanın 14 klipi və 5 albomu işıq üzü görüb.

2009-cu ilin dekabrında qızı Dənizin doğum günü münasibəti ilə “Dəniz” adlı albom buraxdıran sənətçi nədənsə, son illər şou aləmdə görünmür.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm